Bu ölkənin paytaxtı müvəqqəti olaraq dəyişdi

Moreno müvəqqəti olaraq paytaxtı Kitodan Quayakilə daşıyıb.

Ekvadorda kütləvi aksiyaların genişlənməsi səbəbində Prezident Lenin Moreno maraqlı qərar verib.

Moreno müvəqqəti olaraq paytaxtı Kitodan Quayakilə daşıyıb.

O, fəaliyyətini buradan davam etdirəcəyini açıqlayıb:

"Mənə verilən konstitusion haqlara görə hökumət idarəetməsini Quayakilə daşıdım".

L.Mpreno həmçinin 2 aylıq fövqəladə vəziyyət də elan edib.

Qeyd edək ki, Ekvador xarici ölkələrə 3,6 milyardlıq borc səbəbindən çətin günlər yaşayır. Hökumət 2020-ci ildə borcu 1 milyard dollar səviyyəsinə endirəcəyini açıqlamış, bunun adınca Beynəlxalq Valyuta Fondundan 4,2 milyard dollarlıq kredit almaq üçün bir sıra sahələrdə maliyyə kəsintisi ediləcəyi açıqlanıb. Bu səbəbdən əhali kütləvi aksiyalara başlayıb. 
 

BAKU.WS

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31