İş adamı 7 ulduzlu otel tikmək üçün aldığı adanı satır - Şok qiymətə
İş adamı 7 ulduzlu otel tikmək üçün aldığı adanı satır - Şok qiymətə
8 Oktyabr 2019 15:44 DünyaTürkiyədə iki məşhur ada - Karaca və Çiçək adaları satışa çıxarılıb.
Karaca adası ABŞ-da yaşayan türk iş adamına məxsusdur. Bildirilir ki, iş adamı bu adanı 7 ulduzlu otel tikmək məqsədilə alıb. Ancaq ada xüsusi mühafizə olunan ərazi elan edildiyi üçün iş adamı istədiyi yatırımı edə bilməyib. Nəhayət, o adanı satışa çıxarmalı olub.
Ada 210 milyon lirəyə (48.3 milyon manat) satışa qoyulub. Bildirilir ki, adada 3 ev də mövcuddur.
Katerin və Hatırlı ailələrinə məxsus Çiçək adası isə 115 milyon lirəyə (26.45 milyon manat) satışa çıxarılıb.
yenisabah.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31