Bərzanidən Kremlə: Onları türklərdən qoruyun!
Bərzanidən Kremlə: Onları türklərdən qoruyun!
8 Oktyabr 2019 15:03 Dünyaİraq Kürd Muxtariyyətinin hakimiyyəti Rusiyanın Xarici İşlər naziri Sergey Lavrova müraciət edərək, Rusiyadan Suriyadakı kürdlərin təhlükəsizliyinin təmin olunmasını istəyib.
Olaylar.az xəbər verir ki, bu barədə Kürdüstan Demokratik Partiyasının rəhbəri və muxtariyyətin keçmiş lideri Məsud Bərzaninin bəyanatında bildirilib.
"Partiya lideri Rusiya Xarici İşlər nazirinə Suriya kürdlərinin gələcəyi ilə bağlı narahatlığını ifadə edib və Rusiyadan bu xalqın Suriyadakı əzablarının qarşısının alınmasında rol oynamasını istəyib", - bəyanatda deyilib.
Qeyd edək ki, Türkiyə Suriyanın şimalında təhlükəsizlik zonası yaratmaq üçün əməliyyata başlayacaq.
axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31