Şok iddia: Baş nazirin məşuqəsi ilə başı dərddədir - Ofisdə eşq/Foto
Şok iddia: Baş nazirin məşuqəsi ilə başı dərddədir - Ofisdə eşq/Foto
8 Oktyabr 2019 14:38 DünyaBöyük Britaniya Baş naziri Boris Consonun yeni işi o qədər də yaxşı getmir. İngiltərənin Avropa İttifaqından çıxma prosesində etdiyi həmlələri o qədər də uğurlu olmayan və çətin vəziyyətlə üzləşən Conson indi də gizli məşuqəsi ilə gündəmə gəlib.
Olaylar.az xəbər verir ki, İngiltərədə nəşr olunan "Daily Mail" qəzeti türk əsilli baş nazirin müşaviri Cenifer Arçuri ilə eşq yaşadığını yazıb.
London şəhərinin meri olduğu dönəmdə müşaviri Arçuri ilə eşq yaşadığı deyilən Boris Conson haqda açıqlamanı siyasətçi Milo Yannopulos verib:
"Arçuri öz rəfiqlərinə Consonla olan münasibətini fəxarətlə danışırdı. Bu, hər kəsin bildiyi sirr idi. Arçuri bağıra-bağıra Borisin baldırlarında qoyduğu izləri hamıya göstərirdi. Bunlara "Borisin izləri" deyirdi".
Yannopulosun sözlərinə görə, bu barədə danışmaması üçün Arçurini xəbərdar etdiyini bildirib:
"Bu izlərin zorakılıq əlaməti olub-olmadığını soruşanda mənə bildirdi ki, Boris ona bunların bir mükafat olduğunu, sevişərkən bu izlərin əmələ gəldiyini deyirdi".

teleqraf.com