İranda neft şirkətinin avtobusu aşdı: ölən və yaralanan var
İranda neft şirkətinin avtobusu aşdı: ölən və yaralanan var
7 Oktyabr 2019 16:35 Dünyaİranın cənub-qərbində yerləşən Xuzistan vilayətinin Abadan rayonunda neft şirkətinin işçilərini aparan avtobus aşıb.
Olaylar.az Trend-ə istinadən xəbər verir ki, bunu İranın Xuzistan vilayəti Abadan rayonunun təcili yardım idarəsinin rəhbəri Əmin Mənsur deyib.
Ə.Mənsurun sözlərinə görə, hadisə bu gün səhər saatlarında Abadan-Mahşəhr youlnda baş verib.
İdarə rəhbəri əlavə edib ki, hadisə nəticəsində indiyədək 1 nəfər həlak olub, 21 nəfər yaralanıb.
Yaralılar xəstəxanaya çatdırılıb.
Abadan Neftayırma şirkətinin işçiləri Mahşəhr ixracat limanına iş yerinə gedirmişlər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31