Filippin prezidenti heroindən 50 dəfə güclü sintetik narkotik qəbul etdiyini etiraf edib
Filippin prezidenti heroindən 50 dəfə güclü sintetik narkotik qəbul etdiyini etiraf edib
7 Oktyabr 2019 16:26 DünyaFilippin prezidenti Rodriqo Duterpe xroniki əsəb əzələ xəstəliyi - miasteniyadan əziyyət çəkdiyinibildirib.
Olaylar.az xəbər verir ki, o bu barədə Rusiyaya səfər edərkən Rusiyada yaşayan həmyerliləri ilə görüş zamanı məlumat verib.
Prezident şiddətli ağrıları kəsmək üçün heroindən 50 qat artıq təsirə malik fentanil-opioid istifadə etdiyini də açıqlayıb. O gecələr oksigen yastığı ilə uyuduğunu, gözlərini qırpmaqda, udma və udqunma hərkətlərində əziyyət çəkdiyini söyləyib.
Qeyd edək ki, miasteniya skelet əzələlərinin zəifləməsi xəstəliyidir.
bizimyol.info
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31