İran nüvə müqaviləsindən çıxır? – Qərbə verilən vaxt azalır
İran nüvə müqaviləsindən çıxır? – Qərbə verilən vaxt azalır
7 Oktyabr 2019 16:16 Dünya"İran nüvə anlaşmasına dair üzərinə götürdüyü öhdəliklərin sayını azaltmağa davam edəcək".
Olaylar.az xəbər verir ki, bunu İranın Atom Enerjisi üzrə Agentliyinin rəhbəri Bəhruz Kamalvəndi deyib.
Kamalvəndi bildirib ki, nüvə müqaviləsində iştirak edən ölkələr anlaşma üzrə öhdəlikləri yerinə yetirəcəyi halda, İran geri addım ata bilər.
Bundan əvvəl İran Prezidenti Həsən Ruhani öhdəlikləri yerinə yetirmək üçün Avropa İttifaqına 60 gün vaxt verdiklərini açıqlamışdı.
Prezident demişdi ki, müddət başa çatdıqdan sonra İran nüvənin zənginləşdirilməsi fəaliyətini genişləndirməyə davam edəcək.
teleqraf.com
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31