“ABŞ bizi kürəyimizdən vurdu” – SDQ-dən ilk açıqlama
“ABŞ bizi kürəyimizdən vurdu” – SDQ-dən ilk açıqlama
7 Oktyabr 2019 16:12 DünyaPKK/YPG terror təşkilatına bağlı Suriya Demokratik Qüvvələri (SDQ) Türkiyənin Suriyada hərbi əməliyyatlara başlamasına dair açıqlamaya yayıb.
Olaylar.az xəbər verir ki, SDQ-nin açıqlamasında ABŞ-ın verdiyi vədi yerinə yetirmədiyi, bu təşkilatın hərbi birləşmələrini türk ordusu ilə təkbətək qoyduğu bildirilib.
SDQ ABŞ-ın yardım etməməsinə baxmayaraq, Türkiyə Silahlı Qüvvələrinə müqavimət göstərəcəyini bildirib.
Təşkilat ABŞ-ın Suriyanın Türkiyə ilə sərhədindəki hərbi qüvvələrini geri çəkdiyini bildirib.
Açıqlamada ABŞ-ın bu qərarı "sürpriz" adlandırılmaqla yanaşı, "Rəsmi Vaşinqton bizi kürəyimizdən bıçaqladı" ifadəsinə də yer verilib.
ABŞ hökuməti Türkiyə ordusunun Fərat çayının şərq sahillərində hərbi əməliyyatlara başlayacağına dair açıqlama yayıb.
teleqraf.com