Argentina MİQ-29-ların alınmasını dayandırıb
Argentina MİQ-29-ların alınmasını dayandırıb
7 Oktyabr 2019 15:20 DünyaArgentina prezident seçkilərinin sonunadək Rusiyadan MİQ-29 qırıcı təyyarələrin alınması haqqında danışıqları dayandırıb.
Bu haqda Rusiya Hərbi-Texniki Əməkdaşlıq Federal Xidmətinin direktor müavini Anatoli Punçuk məlumat verib.
O, deyib ki, onlar yerində durub, hərəkət etməməklə doğru edirlər, çünki müqavilə bağlansa belə gələcəkdə həmin müqavilə keçərsiz ola bilər.
A. Punçuk əlavə edib ki, seçkilərdən sonra biz bu məsələyə yenidən qayıdıb, məsələni konkretləşdirə bilərik.
Xatırladaq ki, Argentina MİQ-29 silahlarının alınması üçün müraciət etmişdi. Rusiya isə cavabında onlara kommersiya təklifini göndərib.
azadinform.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31