"Joker" filmi pedofilin milyonlar qazanmasına səbəb oldu - FOTO

"Joker" filmi pedofilin milyonlar qazanmasına səbəb oldu - FOTO

Bir neçə gün əvvəl təqdim edilən "Joker" filmi pedofilin milyonlar qazanmasına səbəb olub.

Bunun səbəbi illər əvvəl pedofilliyə görə saxlanılan rokerin mahnısından kinoda istifadə edilməsidir.

Gary Glitter adı ilə tanınan Paul Francis Gadd-ın "Rock and Roll Part 2" mahnısı filmin ən maraqlı səhnələrinin birində istifadə olunub.

Jokerin polislərdən qaçmazdan əvvəl pilləkənlərdə rəqs etdiyi anda səsləndirilən mahnının yazılmasında Gary Glitterin böyük əməyi olub.

Bu səbəbdən film ona külli miqdarda pul ödəyəcək. Lakin pedofil birinin anidən bu qədər pul qazanması birmənalı qarşılanmayıb.

Gary Glitter 1999-cu ildə uşaq pornoları yüklədiyinə görə həbs olunub.

Qeyd edək ki, "Joker" filmi bir gün ərzində bilet satışından 40 milyon dollara yaxın gəlir əldə edib.

milli.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31