"Sənə nə? Qadın istəsə hicab taxar, istəməsə taxmaz" - Kılıçdaroğlu
"Sənə nə? Qadın istəsə hicab taxar, istəməsə taxmaz" - Kılıçdaroğlu
4 Oktyabr 2019 16:20 DünyaTürkiyə Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu "Dünya Avşarlar Mədəniyyət və Həmrəylik Dərnəyi"nin ildönümündə çıxış edərkən maraqlı açıqlamaları ilə yadda qalıb.
Kılıçdaroğlu partiyalarının keçmişdə yanlışlara yol verdiyini bildirib və qeyd edib:
"Həqiqəti danışaq. Bir hicab məsələsini Türkiyənin ən təməl problemi etdik. Sənə nə var qardaşım? Qadın istəsə hicab taxar, istəməsə taxmaz. Qız uşağı universitetə gedirmi, oxuyurmu, şərait yaradılırmı? Dərdin o olmalıdır. Uşaqlarımız oxumalı, elm öyrənməli və həyatı sorğulamalıdır".
metbuat.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31