Mark Zukerberq: “ABŞ prezidenti olsam...”

Mark Zukerberq: “ABŞ prezidenti olsam...”

"Facebook" şirkətinin icraçı direktoru Mark Zuckerbergin maraqlı açıqlamaları dərc olunub.

Olaylar.az bildirir ki, bu barədə "Bloomberg" yazıb.

"Facebook" şirkətinin icraçı direktoru dünyada heç bir insanı milyarder olmağa layiq görməyib.

"ABŞ-ın prezidenti olsam, gəlir və sərvətdəki qeyri-qanuni, qarmaqarışıq və əxlaqsız bərabərsizliyi azaldacağam. Düşünürəm ki, heç kim milyarder olmamalıdır".

Mark Zuckerberg xüsusilə "Chan Zuckerberg Initiative" şirkətini misal çəkir. Bu şirkət qarşıdakı 100 ildə insanların bu gün müalicə edə bilmədikləri xəstəliklərin çarəsini tapmaq üçün aktiv şəkildə elmi kəşflərə sərmayə qoyur. 

"Çoxları bütün işlərin dövlət vəsaiti hesabına görülməsini təklif edir. Mənə elə gəlir ki, bu, bazarı və dünyanı müraciət edə biləcəyimiz yanaşmalardan məhrum edəcəkdir", - biznesmen əlavə edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31