Dəhşətli zəlzələ: 36 nəfər həlak oldu
Dəhşətli zəlzələ: 36 nəfər həlak oldu
3 Oktyabr 2019 11:53 Dünyaİndoneziyanın Maluku əyalətinin paytaxtı Ambonda sentyabrın 26-da baş verən 6,8 bal gücündəki zəlzələ nəticəsində tələfatın miqyası gün keçdikcə genişlənir.
Olaylar.az xəbər verir ki,fəlakət nəticəsində ölənlərin sayı 36-ya çatıb.
"Tempo" qəzetinin xəbərinə görə, Ambonda 11, Orta Maluku bölgəsində 15 və Səram bölgəsində 10 nəfər həyatını itirib. 6 mindən çox bina zərər görüb.
Bölgədə oktyabrın 9-dək fövqəladə vəziyyət elan olunub.
publika.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31