Türkiyədə növbəti güclü zəlzələ
Türkiyədə növbəti güclü zəlzələ
3 Oktyabr 2019 10:37 DünyaAralıq dənizində zəlzələ olub.
Olaylar.az xəbər verir ki, Türkiyənin Fəthiyə-Rodos bölgələri arasında 5 bal gücündə yeraltı təkanlar qeydə alınıb.
Yerli vaxtla səhər saat 07:44-də qeydə alınan təbiət hadisəsi dəniz səviyyəsindən 6 km aşağıda baş verib.
Dalaman bələdiyyəsinin sədri Məhəmməd Qaraquş zəlzələnin həssaslıqla hiss edildiyini, lakin tələfat və dağıntı olmadığını açıqlayıb.
Bələdiyyə sədri məktəblərin bağlanmasına lüzum olmadığını bildirib.
publika.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31