Rusiya Ermənistana embarqo tətbiq etdi – Şok səbəb
Rusiya Ermənistana embarqo tətbiq etdi – Şok səbəb
4 Sentyabr 2019 13:23 DünyaSentyabrın 5-dən etibarən Rusiya baytarlıq və sanitariya tələblərini pozduğuna görə Ermənistan və Qazaxıstandakı bəzi müəssisələrin məhsullarının tədarükünə qadağa tətbiq edəcək.
Olaylar.az xəbər verir ki, bu barədə Rusiya Baytarlıq və Fitosanitar Nəzarəti Federal Xidməti (Rosselxoznadzor) məlumat yayıb.
Xidmətin yaydığı məlumatda bildirilib ki, Ermənistandan idxal olunan balıq məhsullarında malaxit yaşıl terapevtik məhlul aşkarlanıb.
Xidmət, eyni zamanda, Ermənistandakı iki balıqçılıq müəssisəsi, Qazaxıstandakı üç süd, ət və balıq istehsal edən müəssisənin məhsullarının tədarükünü gücləndirilmiş laboratoriya nəzarəti altına alıb.
teleqraf.com
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31