İrandan atom bombası ilə bağlı dünyanı SİLKƏLƏYƏCƏK AÇIQLAMA: 2 gün içində...
İrandan atom bombası ilə bağlı dünyanı SİLKƏLƏYƏCƏK AÇIQLAMA: 2 gün içində...
3 Sentyabr 2019 17:49 Dünyaİran 2 gün ərzində zənginləşdirilmiş uranın səviyyəsini 20%-ə çıxara bilər.
Publika.az Fars agentliyinə istinadən xəbər verir ki, bunu İran Atom Enerjisi Qurumunun mətbuat katibi Bəhruz Kamalvəndi deyib.
![]()
Mətbuat katibi bildirib ki, Hərtərəfli Birgə Fəaliyyət Planına üzv ölkələr İranı zənginləşdirilmiş uranla təmin etməsə, İran özü bu ehtiyacı 2 gündə qarşılamaq potensialına malikdir.
Uranı 20% zənginləşdirmək nüvə bombası istehsalı prosesində lazımi 90% saflıqda parçalana bilən urana çatmaq üçün əhəmiyyətli rəqəm hesab olunur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31