Zelenski deputatların toxunulmazlığını ləğv etməyə çağırdı

Zelenski deputatların toxunulmazlığını ləğv etməyə çağırdı

Ukrayna Prezidenti Vladimir Zelenski Ali Radanın deputatlarını "insanlara illərlə vəd etdiklərini" yerinə yetirməyə və parlament toxunulmazlığını ləğv etməyə çağırıb.

Olaylar.az  xəbər verir ki, V.Zelenski bu gün Ali Radada çıxışı zamanı deyib:

"Mən indi Ukrayna Ali Radasının bütün deputatlarına müraciət edirəm, illərlə insanlara, adi ukraynalılara verdiyiniz vədi sadəcə yerinə yetirin. İndi deputat toxunulmazlığının ləğvini Ukrayna vətəndaşlarının 90%-i tələb edir".

Bununla yanaşı, prezident parlament üzvlərinə bu rəqəmin etibarlılığını yoxlamamağı, əvəzində Ali Rada binasına etiraz üçün nə qədər vətəndaşın gələcəyini görməyi məsləhət görüb.

Ukrayna parlamenti bir müddət öncə 2020-ci il yanvarın 1-dən deputat toxunulmazlığının ləğvi haqqında qanun layihəsini birinci oxunuşda qəbul edib. Qanun layihəsində deputatların Ali Radanın razılığı olmadan cinayət məsuliyyətinə cəlb olunması və həbs edilməsi nəzərdə tutulur. "Müxalifət platforması - Həyat naminə" Partiyasından olan deputat Nestor Şufriç deputat toxunulmazlığı ilə bağlı qanuna dəyişikliklərin pozuntularla müşayiət olunduğunu, bunun Ukraynan Konstitusiya Məhkəməsində mübahisələndirilə biləcəyini bildirmişdi.

teleqraf.com

Ukrayna Krıma görə bu məbləğdə ziyana düşür – Sabiq nazir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31