İncirlik bazasında şok qərar: Türklərə xəbərdarlıq olundu
İncirlik bazasında şok qərar: Türklərə xəbərdarlıq olundu
3 Sentyabr 2019 12:30 DünyaTürkiyədəki İncirlik hərbi bazasında ABŞ Hərbi Hava Qüvvələrinin tərkibində çalışan 150-ə yaxın şəxsin işdən çıxarılması gözlənilir.
Olaylar.az teleqraf.com-a istinadən xəbər verir ki, bu haqda Türk Hərbi İş Həmkarlar İttifaqının Adana şöbəsinin sədri Erdal Akalın deyib.
Akalın ABŞ Hərbi Hava Qüvvələrinin təmiri işlərini aparan şirkətində 780 şəxsin çalışdığını bildirib: "Burada çalışan 150 nəfərin işdən çıxarılacağı haqqında onlara xəbərdarlıq olunub.
ABŞ hərbçilərinin sayının azaldığı və buna uyğun olaraq işlərin zəiflədiyini əsas gətirərək 150 nəfər ixtisara salınır. Onlar sentyabrın 30-dan sonra artıq bazanın işçisi hesab olunmayacaq".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31