İrəvanda gərginlik artır: Köçəryanın tərəfdarları və əleydarları qarşı-qarşıya

İrəvanda gərginlik artır: Köçəryanın tərəfdarları və əleydarları qarşı-qarşıya

Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın tərəfdarları onun işinə baxacaq Konstitusiya Məhkəməsinin binası önünə toplaşıblar.

Olaylar.az  xəbər verir ki, Konstitusiya Məhkəməsi R.Köçəryanın işinə bu gün baxmalıdır.

Konstitusiya Məhkəməsinin qarşı tərəfinə isə keçmiş dövlət başçısının əleyhdarı olan onlarla adam toplaşıb. Binanın özü polis tərəfindən əhatəyə alınıb.

Eks-dövlət başçısının vəkili Aram Vardevanyan "RİA Novosti"yə verdiyi açıqlamada bildirib ki, R.Köçəryanın vəkilləri Konstitusiya Məhkəməsinə müvəkkilinin həbsi ilə bağlı bir neçə şikayət və iddia göndəriblər. Bu şikayət və iddialar onun həbsi və cinayət təqibini istisna edən hallarla əlaqəlidir.

Bu arada R.Köçəryanın başqa bir vəkili Hayk Alumyan jurnalistlərə bildirib ki, İrəvan şəhərinin ümumi yurisdiksiya məhkəməsi R.Köçaryanın işi üzrə ilk iclasını ya bu həftənin sonu, ya da gələn həftənin əvvəlində keçirəcək.

teleqraf.com

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31