Kolumbiyada merliyə namizəd qətlə yetirilib
Kolumbiyada merliyə namizəd qətlə yetirilib
3 Sentyabr 2019 10:59 DünyaKolumbiyada Suares şəhərinin meri vəzifəsinə namizəd olan Karina Qarsiya silahlı hücum nəticəsində qətlə yetirilib.
Olaylar.az Trend-ə istinadən bildirir ki, silahlı hücum nəticəsində siyasətçini müşayiət edən daha 5 nəfər öldürülüb. Onların kimliyi müəyyən edilməyib.
Bildirilir ki, Kolumbiyanın hüquq-mühafizə orqanları insident ilə bağlı araşdırmaya başlayırlar.
İlkin məlumata əsasən, hücumu iki cinayətkar həyata keçirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31