Rus aparıcı ukraynalı politoloqu efirdən qovdu - Video
Rus aparıcı ukraynalı politoloqu efirdən qovdu - Video
3 Sentyabr 2019 10:50 DünyaRusiyanın "Rossiya 1" telekanalının aparıcısı Dmitri Kulikov ukraynalı politoloq Vyaçeslav Kovtunu studiyadan qovub.
Olaylar.az xəbər verir ki, bu barədə RİA yazıb.
Məlumata görə, hadisə "Kto protiv?" ("Kim əleyhinədir?") proqramında yaşanıb. "Vörld Ekonomi" alman jurnalının baş redaktoru Aleksandr Sosnovski Ukraynaya alman silahlarının çatdırılması ilə bağlı məsələyə münasibət bildirib və Kovtunun fikirləri ilə Almaniya mətbuatının yazdıqları arasında təzadlar olduğunu qeyd edib.
Bu sözlər ukraynalı politoloqun kəskin reaksiyasına səbəb olub. Efirdə qeyri-etik ifadə səsləndirən ukraynalı dərhal aparıcı tərəfindən studiyadan uzaqlaşdırılıb.
axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31