Xazaradze: "Gürcüstanı dəyişəcəyik"
Xazaradze: "Gürcüstanı dəyişəcəyik"
23 Avqust 2019 18:15 DünyaYeni partiyamızda köhnə partiya liderlərindən heç kim olmayacaq.
Olaylar.az xəbər verir ki, bunu gürcü oliqarx, "TBC Bank"ın rəhbəri Mamuka Xazaradze deyib.
Xazaradze yeni partiyasını sentyabrda yaradacaqlarını deyib:
"Biz partiyanın təsiri istiqamətində mübarizəni davam etdiririk. Mən ictimaiyyətə vəd verirəm ki, bu, sentyabrda baş verəcək. Bizə çoxlu gənc peşəkarlar qoşulacaq. Bunlar köhnə siyasi partiyaların liderləri olmayacaq. Bütün cəmiyyət 9+9 ildir ki, eyni şounu müzakirə edir. Sizə deyirəm ki, bu, ölkəni dəyişəcək ciddi güc olacaq".
axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31