Əsəd İdlibə doğru irəliləyir: Türk hərbçilərinin postu mühasirədə
Əsəd İdlibə doğru irəliləyir: Türk hərbçilərinin postu mühasirədə
23 Avqust 2019 16:08 DünyaSuriya ordusu İdlib vilayətinə bağlı Xan-Şeyhun rayonuna qonşu Hama ətrafında müxalifətçi silahlıları mühasirəyə alıb. Suriya İnsan Haqları Təşkilatı bəyan edib ki, Morik qəsəbəsində olan Türkiyəyə aid müşahidə məntəqəsinin ətrafı da Bəşər Əsəd ordusunun nəzarəti altındadır.
Olaylar.az xəbər verir ki, Suriya dövlət televiziyası ordunun bölgədəki bir çox kritik nöqtə və məntəqələri nəzarətə götürdüyünü, illərlə müxalifətin əlində olan ərazilərin rejimin ixtiyarına keçməsinin an məsələsi olduğunu elan edib.
teleqraf.com
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31