Kremldən təcili anons: Putin vacib bəyanat verəcək
Kremldən təcili anons: Putin vacib bəyanat verəcək
23 Avqust 2019 14:59 DünyaRusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının iclasını keçirib.
Olaylar.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
Onun sözlərinə görə, görüşdə əsas müzakirə mövzusu yaxın və orta mənzilli raketlərin ləğvi razılaşması və ABŞ-ın bir müddət əvvəl keçirdiyi raket sınağı olub.
Peskov Putinin tədbirdə vacib bəyanat verdiyini və tezliklə yayımlanacağını bildirib.
axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31