Sərnişin qatarı relsdən çıxıb - 27 yaralı var

ABŞ-ın Kaliforniya ştatının Sacramento şəhərində sərnişin qatarının relsdən çıxması nəticəsində 27 nəfər yaralanıb. 

ABŞ-ın Kaliforniya ştatının Sacramento şəhərində sərnişin qatarının relsdən çıxması nəticəsində 27 nəfər yaralanıb. 

Olaylar.az bildirir ki, bu barədə "RİA Novosti" məlumat verib.

Məlumata görə, yaralılardan 13-ü xəstəxanaya yerləşdirilib. Digərlərinə isə ilkin tibbi yardım göstərilib.

Hadisə yerinə 40 yanğınsöndürən və 15 təcili tibbi yardım cəlb edilib. 

Qəzanın səbəbləri araşdırılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31