61 tələbə yataqxana yeməyindən zəhərləndi

61 tələbə yataqxana yeməyindən zəhərləndi

Antalya şəhərinin Korkuteli rayonunda yedikləri yeməkdən zəhərlənən 61 tələbə xəstəxanaya yerləşdirilib.

Olaylar.az türk mediasına istinadən xəbər verir ki, tələbələrin halı yataqxanada verilən axşam yeməyindən sonra pisləşib.

Onlar qarın ağrısı və mədə bulantısı şikayəti ilə Korkuteli Dövlət Xəstəxanasına müraciət edib.

Tələbə yataqxanasının su və yeməklərindən nümunə götürülüb.

Tələbələrin vəziyyətinin yaxşı olduğu bildirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31