İki ağızlı balıq tutuldu
İki ağızlı balıq tutuldu
23 Avqust 2019 14:12 DünyaABŞ-ın Plattsburq şəhərindən olan evli cütlük ov zamanı iki ağzı olan balıq tutub.
"Daily Mail" xəbər verir ki, ər-arvad balığı Şampleyn gölündə ovlayıblar.
Adam və Debbi Gedes cütlüyünün tutduğu balıq isə alabalıqdır. Onlar alabalıqla bir neçə şəkil çəkdirdikdən sonra balığıı gölə buraxıblar.
Bildirilir ki, alabalığın iki ağzının olmasına, yəni mutasiyaya məruz qalmasına gölün çirklənməsi, yaxud daha əvvəl digər balıqçı tərəfindən aldığı travma səbəb ola bilər.(Oxu.az)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31