23 yaşlı oğlanı öldürüb, ailəsinə başsağlığı verdi - Hakim təəccüb içində - FOTO
23 yaşlı oğlanı öldürüb, ailəsinə başsağlığı verdi - Hakim təəccüb içində - FOTO
23 Avqust 2019 14:05 Dünya23 yaşlı oğlanı öldürən kişi ömürlük həbs cəzası alıb.
Olaylar.az xəbər verir ki, Türkiyənin Bursa vilayətinin Gemlik mahalında market işlədən 47 yaşlı Ramiz Sarıçayırlı ona borcu olan 23 yaşlı oğlanı silahla qətlə yetirib.
R.Sarıçayırlı hakim qarşısında cinayəti etiraf etdikdən sonra peşman olduğunu dilə gətirib və gəncin ailəsinə başsağlığı verib.
Onun öldürdüyü şəxsin ailəsinə başsağlığı verməsi məhkəmə zalındakıları təəccübləndirib.
"Əlini cibinə saldı, düşündüm ki, silah çıxarıb, mənə atəş açacaq. Tez silahımla onu vurdum. Hadisəni törədən zaman gözümü yummuşdum. Peşimanam. Məqsədim, özümü müdafiə etmək idi", - R.Sarıçayırlı ifadəsində söyləyib.
milli.az


Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31