"Rusiyanın yeni silahları qadağan edilməlidir" - Pentaqon

"Rusiyanın yeni silahları qadağan edilməlidir"- Pentaqon

Rusiyanın əldə etməyə çalışdığı bütün yeni silahlar strateji hücum silahlarının ixtisarı razılaşmasına daxil edilməlidir.

Olaylar.az  xəbər verir ki, bunu "Foks Nyus"a müsahibəsində ABŞ Müdafiə naziri Mark Esper deyib.

"Rusiya ABŞ-la rəqabətə girmək üçün özünün strateji nüvə arsenalını genişləndirməyə cəhd edir. Ona görə də insanlar yeni strateji nüvə silahının ixtisarı razılaşması haqda danışanda biz deyirik ki, əgər həmin anlaşmanı uzatmaq istəyirsinizsə, bura Rusiyanın bütün yeni silahları daxil edilməlidir", - o bildirib.

axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31