Erməni cadugər ölən əsgərlərdən “lənəti” götürdü…

Erməni cadugər ölən əsgərlərdən “lənəti” götürdü…

Sosial şəbəkənin erməni seqmentində bir neçə gün ərzində "Aprel müharibəsi" əsgərlərinin basdırıldığı məzarlıqda çəkilmiş görüntülər qızğın müzakirə olunub.

Olaylar.az xəbər verir ki, sosial şəbəkələrdə paylaşılan kadrlarda məzar daşlarında hansısa naməlum maddənin izlərinin aşkarlandığı aydın şəkildə görünüb.

Məsələyə Ermənistan polisi də müdaxilə etməyə məcbur olub. Ermənistan polisinin rəhbəri Valeri Osipyanın tapşırığı ilə baş verən hadisənin təfərrüatının aydınlaşdırılması üçün müxtəlif polis bölmələrinin əməkdaşları tərəfindən genişmiqyaslı əməliyyat-istintaq tədbirləri görülüb.

Nəticədə Aştarak şəhərinin polis əməkdaşları müəyyən ediblər ki, şəhər məzarlığında naməlum qadın qəribə davranışlar nümayiş etdirib və məzarların üzərində hansısa fəaliyyətlər icra edib.

Məlum olub ki, 51 yaşlı İrəvan sakini şamlardan istifadə etməklə hansısa mistik ayin keçirib. Onun sözlərinə görə, burada məqsəd ölən erməni əsgərlərinin üzərindən hansısa "lənəti" götürmək olub.

axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31