Türkiyədə sərnişin avtobusu yanıb: 5 nəfər ölüb
Türkiyənin Balıkəsir vilayətində sərnişin avtobusu yanıb.
Hərəkətdə olan sərnişin avtobusunda səbəbi bilinməyən yanğın baş verib. Nəticədə ikisi uşaq olmaqla 5 nəfər yanaraq, ölüb.
17 nəfər isə xəsarət alıb. Digər sərnişinlər xilas edilib.
APA