Qorbaçov-Reyqan sazişi qüvvədən düşdü – Moskva açıqladı
Qorbaçov-Reyqan sazişi qüvvədən düşdü – Moskva açıqladı
2 Avqust 2019 14:24 DünyaAvqustun 2-dən Yaxın və orta mənzilli raketlərin ləğvi haqqında razılaşma fəaliyyətini dayandırır.
Olaylar.az xəbər verir ki, bu məlumatı Rusiya Xarici İşlər Nazirliyi yayıb.
Qeyd edək ki, bu razılaşma 1987-ci ildə SSRİ və ABŞ arasında bağlanmışdı. Müqaviləyə əsasən, tərəflər yerüstü yaxın və orta mənzilli qanadlı və ballistik raketləri məhv etməliydi.
2018-ci ilin oktyabrında ABŞ Moskvanın razılaşmaya əməl etməməsini səbəb göstərərək, müqavilədən çıxdığını bəyan edib.
2019-cu ildə Moskva da ABŞ-a cavab olaraq müqavilədən çıxacağını elan etmişdi.
axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31