İldırım altı uşağı öldürdü
İldırım altı uşağı öldürdü
2 Avqust 2019 12:50 DünyaQvineyada 6 uşağı ildırım vurub öldürüb, iki nəfər yaralanıb.
"RİA Novosti" xəbər verir ki, hadisə ölkənin şimal-şərqində Sigiri prefekturasında baş verib.
Şahidlərin sözlərinə görə, bir qrup uşaq manqo ağacının altında yığışıb, çay dəmləyirdilər. Bu zaman onları ildırım vurub.
Qonşular hadisə yerinə uşaqların köməyinə gələndə artıq onlardan 6-sı dünyasını dəyişmişdir. Digər 2 uşaq xəstəxanaya çatdırılıb.
oxu24.com
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31