Rusiya İrəvanda son 10 ilin antirekorduna imza atdı

Rusiya İrəvanda son 10 ilin antirekorduna imza atdı

2019-cu ilin ilk rübündən Ermənistana xaricdən bank transferləri keçən ilin analoji dövrüylə müqayisədə 9,3% artaraq 391,47 milyon dollar olub.

Olaylar.az  xəbər verir ki, bu məlumatı Ermənistanın İqtisadi İnkişaf Təşəbbüsləri Mərkəzi yayıb. Məlumata görə, cari ildə Rusiyadan olan pul köçürmələri ümumi transferlərin 49,98%-ni təşkil edib ki, bu da keçən illə müqayisədə 3% azalma deməkdir.

Rusiyadan pul köçürmələrinin azalmasına səbəb rublun dollara münasibətdə 16,2% dəyər itirməsi olub. Bununla ölkəyə edilən bank transferlərin həcmində Rusiyanın payı son 10 ildə ilk dəfə 50%-dən az olub.

Axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31