Finlandiya ruslara viza verilməsini sərtləşdirdi
Finlandiya ruslara viza verilməsini sərtləşdirdi
1 Avqust 2019 12:56 DünyaFinlandiya sentyabrın 1-dən Şengen vizası almaq istəyən Rusiya vətəndaşları üçün sənədlərə dair tələbləri sərtləşdirəcək.
Bu barədə Finlandiya Xarici İşlər Nazirliyinin rəsmi saytında məlumat yerləşdirilib.
"Finlandiya hakimiyyəti və diplomatik nümayəndəlikləri Şengen vizası üçün müraciət edən Rusiya Federasiyası vətəndaşlarından Avropa Birliyi rəhbərliyinin qərarına uyğun olaraq səyahət sənədlərini tam şəkildə tələb edəcək", - deyə məlumatda vurğulanıb.
Qeyd olunur ki, əvvəllər ərizə təqdim edərkən daha ətraflı sənədlər yalnız müstəsna hallarda tələb olunurdu.
Finlandiyanın Sankt-Peterburqdakı Baş Konsulluğundan məsələyə aydınlıq gətirilərək bildirilib ki, bundan sonra Skandinaviya ölkəsində əmlakı olan ruslar bunun üçün sənəd təqdim etməli olacaqlar. Səfərin məqsədi yaxın qohumları ziyarət etməkdirsə, onların Finlandiyada yaşadıqları təsdiqlənməlidir.
Prosedura bütün ruslara şamil olunacaq.
qafqazinfo.az