Erməni terrorçu barədə qərar verildi - 2021-ci ilə kimi həbsdə qalacaq
Erməni terrorçu barədə qərar verildi - 2021-ci ilə kimi həbsdə qalacaq
1 Avqust 2019 11:56 DünyaTürkiyənin Los-Anceles şəhərindəki Baş konsulu Kemal Arıkanı öldürən erməni terrorçu Ambik Sasunyan barəsində qərar verilib.
Olaylar.az bildirir ki, Türkiyənin Los-Anceles şəhərindəki Baş konsulunu öldürdüyünə görə ömürlük həbs cəzası alan Ambik Sasunyanın həbsdən azad olunması üçün Kaliforniya ştatının "Şərti azadlıqdan məhrumetmə üzrə Şura"sına müraciət edilib. Şuranın ötən həftə baş tutan iclasında bu müraciət rədd edilib. Qanunvericiliyə görə Şura bu müraciətə növbəti dəfə 2021-ci ildə baxa bilər. Bu isə o deməkdir ki, erməni terrorçu ən azı 2021-ci ilə kimi həbsdə qalacaq.
Qeyd edək ki, "Şərti azadlıqdan məhrumetmə üzrə Şura" bu cür qərar qəbul etməzdən əvvəl Türkiyə Xarici İşlər Nazirliyinə müraciət edib. Türkiyə XİN-in etirazından sonra Ambik Sasunyanın həbsdə saxlanılması barədə qərar verilib.
Məlumat üçün bildirək ki, Ambik Sasunyan 1963-cü ildə Beyrutda anadan olub. 28 yanvar 1982-ci ildə Los-Ancelesdə Türkiyənin Baş konsulu Kamal Arıkanı ödürüb. Ömürlük həbs cəzası alan Ambik Sasunyan hazırda Sent-Luisdəki "Obispo" həbsxanasında cəza çəkir. Erməni terrorçunun vaxtından əvvəl azadlığa çıxması üçün erməni diasporası Kaliforniya ştatının "Şərti azadlıqdan məhrumetmə üzrə Şura"sına dəfələrlə müraciət edib.
yeniavaz.com