Monqolustandan Trampın oğluna hədiyyə
Monqolustandan Trampın oğluna hədiyyə
1 Avqust 2019 11:32 DünyaMonqolustan hakimiyyəti ABŞ Prezidenti Donald Trampın oğlu Berrona at hədiyyə edib.
Bu barədə Ağ Evin saytında məlumat verilir.
Heyvanı "Victory" ("Qələbə") adlandırıblar. Bunu D.Tramp monqolustanlı həmkarı Xaltmaaqiyn Battulqa ilə görüşməzdən əvvəl deyib.
"Bloomberg" ABŞ administrasiyasının nümayəndəsinə istinadən yazır ki, Monqolustan rəhbərliyi atı Berrona X.Battulqanın Vaşinqtona səfəri zamanı deyil, hələ 2018-ci ildə hədiyyə edib.
Mənbə qeyd edib ki, hazırda at Monqolustandadır.
oxu.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31