Braziliya Prezidenti fransalı nazirlə görüşünü təxirə saldı - Saçını kəsdirmək üçün

Braziliya Prezidenti fransalı nazirlə görüşünü təxirə saldı - Saçını kəsdirmək üçün

Braziliya Prezidenti Jair Bolsonaru Fransanın xarici işlər naziri Jan-İv Lö Drian ilə görüşünü son anda təxirə salaraq saçını kəsdirməyə gedib.

Olaylar.az  xəbər verir ki, əvvəlcə Jair Bolsonarunun bu görüşü təxirə salmasının başqa bir səbəbdən olduğu iddia edilsə də, dövlət başçısının saçını kəsdirən zaman canlı yayım etməsindən sonra həqiqət aşkara çıxıb.

Bu isə fransalı naziri ciddi narahat edib.

Braziliya mətbuatı hadisəni iki ölkə arasındakı münasibətlərin pozulması kimi qələmə verib.

"Mynet"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31