Ağ Ev Tramp-Putin danışıqlarının detallarını açıqladı

Ağ Ev Tramp-Putin danışıqlarının detallarını açıqladı

ABŞ və Rusiya prezidentləri telefon danışığında təkcə Sibirdəki meşə yanğınlarını yox, iki ölkə arasındakı ticarət məsələsini də müzakirə edib.

Olaylar.az  xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ağ Evin sözçüsü Hoqan Gidli deyib.

Kremlin mətbuat xidmətinin rəhbəri Dmitri Peskovun yaydığı açıqlamada isə bildirilib ki, ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinə telefon zəngində Sibirdəki meşə yanğınlarının söndürülməsi üçün yardım təklif edib.

Trampa təşəkkür edən Putin bu təklifin gələcəkdə iki ölkə arasındakı münasibətlərin normallaşdırılması üçün açar rolunu oynayacağını deyib.

Peskov hər iki ölkənin fövqəladə hal məsələlərinin müzakirəsinə hazır olduğunu bildirsə də, bir çox problemlərin ABŞ tərəfindən gözardı edildiyini vurğulayıb: "Məsələn, qarşı tərəf ABŞ həbsxanalarında saxlanılan ruslar haqda danışmaq istəmir, səbirli olub gözləməliyik".

Teleqraf.com

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31