Şamanlar Sibirdəki meşə yanğınlarını söndürmək üçün ayin keçirəcəklər
Şamanlar Sibirdəki meşə yanğınlarını söndürmək üçün ayin keçirəcəklər
31 İyul 2019 14:44 DünyaŞamanlar Sibirin tayqa meşələrindəki yanğını söndürmək üçün yağış ayini keçirəcəklər.
TASS xəbər verir ki, 40-a yaxın şaman bu məqsədlə avqustun 4-də Olxon adasında toplaşacaq.
Buryatiya, Zabaykalsk və İrkutsk bölgələrindən olan şamanlar hesab edirlər ki, ayin yağış yağmasına kömək edəcək.
Bu gün səhər saatlarına olan məlumata görə, Rusiyada ümumi sahəsi 100 min hektardan çox olan 147 meşə yanğınının söndürülməsi istiqamətində iş aparılır.
Yanğınların böyük hissəsi Sibirdə - İrkutsk vilayəti və Krasnoyarsk diyarı ərazisində qeydə alınıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31