Rusiyada 3 milyon hektarlıq meşə sahəsi yanır
Rusiyada 3 milyon hektarlıq meşə sahəsi yanır
31 İyul 2019 13:03 DünyaRusiya Fövqəladə Hallar Nazirliyinin aviasiyası Kranoyarsk diyarı ərazisindəki meşə yanğınlarını söndürməyə başlayıb.
Olaylar.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Regional Baş İdarəsinin Mətbuat xidməti məlumat yayıb.
Rusiya Föqəladə Hallar nazirinin birinic müavini Aleksandr Çupriyanın sözlərinə görə, Sibirdə tayqa və Uzaq Şərqdə 3 milyon hektar sahə yanır: "Bu rəqəmin artacağı ehtimal edilir".
Bildirilib ki, hazırda meşə yanğınları ilə əlaqədar İrkutsk vilayəti, Krasnoyarsk diyarı, Buryatiya Respublikasının iki rayonu və Saxa (Yakutiya) Respublikasının bir rayonunda fövqəladə vəziyyət rejimi elan edilib.
report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31