Koçaryan məhkəmədə tapançalarını tələb etdi
Koçaryan məhkəmədə tapançalarını tələb etdi
24 İyul 2019 17:56 DünyaErmənistanın eks-prezidenti Robert Koçaryan Yerevanda Apellyasiya Məhkəməsinin iclasında istintaq orqanlarının ondan müsadirə etdiyi bir neçə silahın qaytarılmasını tələb edib.
Silahlar R.Koçaryandan ötən il götürülüb və hələ də hüquq-mühafizə orqanlarında qalır.
Sabiq dövlət başçısı bildirib ki, ondan götürülmüş silahlar qanunidir və onları qaytarmaq lazımdır:
"1 mart hadisələri zamanı həmin silahlardan atəş açılmayıb. Hər iki tapançanı digər ölkələrin rəhbərləri mənə hədiyyə ediblər".
Məhkəmə onun tələbini təmin edib.
Xatırladaq ki, R.Koçaryan 2008-ci ildə Ermənistanda konstitusiya quruluşunu devirməkdə ittiham olunur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31