Ermənistandan Rusiyaya göndərilən çiyələklər keyfiyyətsiz çıxdı
Ermənistandan Rusiyaya göndərilən çiyələklər keyfiyyətsiz çıxdı
24 İyul 2019 17:01 DünyaRusiyanın Ermənistandan idxal etdiyi çiyələklərin tərkibindəki vitaminlər normaya uyğun deyil.
Olaylar.az xəbər verir ki, bu fakt Rusiyanın İstehlakçıların Hüquqlarının Müdafiəsi və İnsan Rifahı sahəsində Nəzarət üzrə Federal Xidmətinin ("Rospotrebnadzor") ekspertlərinin apardığı araşdırma nəticəsində müəyyən edilib.
Araşdırma zamanı Özbəkistandan gətirilmiş ərik və gilasların da tərkibində vitamin səviyyəsinin aşağı olduğu aşkarlanıb.
Bildirilir ki, tədqiq edilən nümunələrin hamısında dəmir, C vitamini, natrium və kalsium göstəriciləri bu meyvələr üçün xarakterik olan səviyyədən xeyli aşağıdır.
Sputnik Ermənistan
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31