Ukraynada Zelenskinin heykəlləri satışa çıxarılır - FOTOLAR
Ukraynada Zelenskinin heykəlləri satışa çıxarılır - FOTOLAR
24 İyul 2019 15:57 DünyaUkraynada Prezident Vladimir Zelenskinin kiçik heykəlləri satılmağa başlanılıb.
Olaylar.az xəbər verir ki, heykəllərin qiymətləri Ukrayna satış məntəqələrinin veb saytlarına yerləşdirilib.
Əl əməyi büstlərin hündürlüyü 23 santimetr, çəkisi 2,5 kiloqramdır. Üzəri qızıl yarpaqlar ilə örtülmüş büstlər gipsdən hazırlanıb və 3 rəng seçimi ilə təqdim edilib.
Satıcıların sözlərinə görə heykəllərin rəsmi satışına 25 iyuldan başlanılacaq. İlkin sifariş edən şəxslər isə endirimlə heykəlləri 2400 qrivinə ( təqribən 161 AZN ) ala biləcəklər.
Qeyd edək ki, V.Zelenski daha əvvəl portretinin heç bir ofisdə asılmasının lazımsız olduğunu və deputatlara ofislərində mənim deyil də uşaqlarının şəkillərini asmağı bildirmişdi.


Yeniavaz.com