Zelenski Kliçkonu da qovmağa hazırlaşır
Zelenski Kliçkonu da qovmağa hazırlaşır
24 İyul 2019 15:17 DünyaUkrayna Prezidenti Vladimir Zelenskinin administrasiyası Kiyev meri Vitali Kliçkonu istefaya göndərməyi planlaşdırır.
Olaylar.az xəbər verir ki, bu məlumatı öz Feysbuk səhifəsində "Obozrevatel" saytının şef-redaktoru Orest Soxar paylaşıb. O, artıq Prezident Administrasiyasının rəhbəri Andrey Boqdanın Nazirlər Kabinetinə Kliçkonun qovulmasına hazırlıq aparılmasıyla bağlı məktub göndərdiyini bildirib.
Qeyd edək ki, Kliçko hakim orqanlarda öz vəzifəsini indiyə qədər qoruyub saxlayan yeganə Maydan lideridir.
axar
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31