Başqa qadına baxan sevgilisinin başında noutbuk qırdı - VİDEO

Başqa qadına baxan sevgilisinin başında noutbuk qırdı - VİDEO

ABŞ-da Miami-Los Anceles səfəri edən təyyarədə gənc qadın başqa bir qadına baxan sevgilisinin başında noutbuk qırıb. 

Olaylar.az xəbər verir ki, Amerika Hava Yollarına aid təyyarədə qısqanclıq səbəbindən baş verən mübahisədə qadın təyyarədə yanında oturan sevgilisinin başqa bir qadına baxdığını gördükdən sonra qəzəblənərək sevgilisinə hücum edib.

Təyyarədə olan vəzifəlilər qadına müdaxilə edib sakitləşdirməyə çalışsalar da, qadın özündən çıxaraq sevgilisini vurmağa başlayıb. Bundan sonra uçuş əməkdaşları adama qarşı tərəfə gəlməsi istiqamətində xəbərdarlıq edib.

Adam yerindən qalxıb qarşı tərəfə keçməyə çalışdığı zaman sevgilisi arxadan yaxınlaşaraq adamın başında noutbuk qırıb. Uçuş qrupunun polis çağırması ilə adam və sevgilisi polis tərəfindən təyyarədən endirilib. 

Moderator.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31