Robot-insan seksi yeni bir sahə yaratdı: "Erobotik"
Robot-insan seksi yeni bir sahə yaratdı: "Erobotik"
24 İyul 2019 14:21 Dünyaİnsanlar ilə robotlar arasında getdikcə artan yaxınlaşma seksuallığı yenidən formalaşdırarkən elm dünyasını da arxasınca sürükləyir.
Olaylar.az xəbər verir ki, insan və robot münasibətlərinin qarşılıqlı təsiri üzrə tədqiqatlar, xüsusilə yaxınlaşma və seksuallıq sahələrində hələ erkən mərhələlərdə olsa da "erobotik" adı verilən tədqiqat sahəsinin yaranmasını təmin edib.
Kanadada keçirilən seminarda bir araya gələn elm adamları seks texnologiyalarının media və ictimai təmsiliyətlərindən terapevtik təsirinə qədər geniş bir spektrdə məsələləri müzakirə ediblər.
Seminarda süni erotik agentlər və erobotlar ilə insanlar arasındakı qarşılıqlı təsirin artırması səbəbindən süni zəka texnologiyalarının seksuallıq sahəsində əhəmiyyətli dəyişikliklər yaratmaqda olduğuna diqqət çəkilib.
Robotların insanlardan fərqli şəkillərdə düşünmə və öyrənmə qabiliyyətinə malik olmalarının, süni varlıqlara aşiq olmanın və onlarla yaxınlıq etməyin nə demək olduğunu ifadə edən tədqiqatçılar bu vəziyyətin geniş spektrdə yaxın insan-robot münasibətlərini bərabərində gətirəcəyini bildiriblər.
moderator