Mc Donalds-da insident: Qadın "fri"si soyuq olduğuna görə ətrafa atəş açdı - FOTO
Mc Donalds-da insident: Qadın "fri"si soyuq olduğuna görə ətrafa atəş açdı - FOTO
24 İyul 2019 14:15 DünyaRestoranda atəş açan silahlı qadın saxlanılıb.
Olaylar.az xəbər verir ki, ABŞ-ın Corciya ştatındakı Mc Donalds-da atəş açan Lillian Tarver polis tərəfindən saxlanılıb.
Lillian Tarver adlı qadın ona verilən "fri" soyuq olduğuna görə belindəki silahı çıxararaq ətrafa atəş açıb. İddialara görə, satıcı ilə dalaşan qadın mətbəxə keçərək döşəməyə atəş açıb.

Qorxuya düşən işçilər hadisə ilə bağlı dərhal polisə məlumat veriblər. Lillian Tarver polisin təqibi ilə saxlanılıb.
milli
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31