Güləni gizli yolla Ərdoğana vermək istədi – Məxfi plan deşifrə oldu

Güləni gizli yolla Ərdoğana vermək istədi – Məxfi plan deşifrə oldu

Fəthullahçı Terror Təşkilatının (FETÖ) lideri Fəthullah Gülənin Türkiyəyə ekstradisiya edilməsi üçün ABŞ-da qeyri-qanuni lobbi fəaliyyəti həyata keçirməkdə ittiham olunan İran və Amerika vətəndaşı Bican Rafikyan barəsində irəli sürülmüş ittiham təsdiq edilib.

Olaylar.az xəbər verir ki, Rafikyanın məhkəmə işi iyulun 15-də Virciniyada başlamışdı.

ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə keçmiş müşaviri Maykl Flinin iş ortağı olan Bican Rafikyan bu ittihamla 15 il azadlıqdan məhrum edilə bilər.

Maykl Flinn 2016-cı ildə keçirilmiş prezident seçkisindən əvvəl Donald Trampın seçki kampaniyasını apardığı vaxt Türkiyə-ABŞ Biznes Şurasının rəhbəri, iş adamı Kamil Ekim Alptekinlə Gülənin Ankaraya təslim edilməsi üçün 600 min dollar almaqda ittiham olunmuşdu.

Rafikyan və Alptekin ittihamları qəbul etmir.

teleqraf

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31