Müflis olan müğənni 3 milyonluq villasını satdı - FOTO

Müflis olan müğənni 3 milyonluq villasını satdı - FOTO

Müğənni Kibariyə müflis olan əri Əli Kiçikbalıqçı üçün 3 milyonluq evini ucuz qiymətə satıb.

Keçən il özündən 19 yaş kiçik həyat yoldaşı Əli Kiçikbalıqçının borclarından dolayı çətin günlər yaşayan Kibariyə fədakarlıq göstərib.

Kibariyə ərinin 10 milyonluq borcunu ödəmək üçün 3 milyonluq Bakırköydəki evini bir neçə ay əvvəl satışa qoyub. Məlum olub ki, ulduz villasını əvvəlcə 3 milyon 140 min Tl-yə satışa çıxarsa da, sonradan güzəştə gedərək, onu 1 milyon 750 min TL zərərlə satıb.

Xatırladaq ki, Kibariyə ona xəyanət etdiyi iddia edilən həyat yoldaşını "Xətasız qul olmaz" deyərək müdafiə etmişdi.

Publika.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31